banner

1-Cİ SOSİAL İNNOVASİYA MÜSABİQƏSİ HAQQINDA

I Sosial İnnovasiya Müsabiqəsi

“I Sosial İnnovasiya Müsabiqəsi” dövlət qurumları, universitetlər, müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri və özəl şirkətlərin dəstəyi ilə İctimai Siyasət İnstitutu tərəfindən həyata keçirilir.

Müsabiqənin məqsədi:

Biz inanırıq ki, neft gəlirlərinin azaldığı bir dövrdə ölkəmizin real inkişafı, vətəndaşlarımızın rifahının təmini hər bir sahədə innovasiyalarla, böyük problemlərə kiçik, praktiki həll yanaşmaları gətirməklə mümkündür. O cümlədən, bu prosesdə təkcə dövlət qurumları və böyük şirkətlər yox, hər bir vətəndaşımızın iştirakını arzu edirik. “Sosial İnnovasiyalar Müsabiqəsi-Azərbaycan” məhz bu amalla vətəndaşlarımıza ideyalarını cəmiyyətə, müvafiq dövlət strukturlarına, özəl qurum və investorlara çatdırmaq imkanı təqdim edir.

Müsabiqə iştirakçıları öz təxəyyüllərində canlandırdıqları, inkişaf etmiş ölkələrdə müşahidə etdikləri, yaxından məlumatlı olduqları sahələrdə təcrübələrindən ilhamlanaraq formalaşdırdıqları innovativ ideyaları təqdim etməyə dəvət edilirlər.

Müsabiqə “İnkişaf üçün yeni ideyalar” şüarı altında keçirilir.

Müsabiqədə iştirak et! İnkişaf üçün yeni ideyanı indi göndər!    Müraciət forması

MÜSABİQƏNİN ÖNƏMLİ TARİXLƏRİ:

16 DEK
2015
Elan

Müsabiqənin elanı. Müraciət formasının aktivləşməsi

2 Fev
2016
Son müraciət

İdeya və layihələrin göndərilməsi üçün son tarix

12 Fev
2016
Yarımfinal

Yarımfinalçıların elan edilməsi

23 Fev
2016
Təntənəli bağlanış mərasimi

Qaliblərin elan edilməsi və mükafatlandırılması

SOSİAL İNNOVASİYALARIN ƏHƏMİYYƏTİ HAQQINDA NƏ DEYİRLƏR?

  • Maliyyə və iqtisadi böhran yaradıcılığı və innovasiyanı ümumilikdə, sosial innovasiyanı isə xüsusi olaraq davamlı inkişaf, iş yerlərinin açılması, rəqabətliliyin artırılması üçün vacib edir. Sosial innovasiya bizim sosial ehtiyaclarımızın yaradıcı yollarla dizayn edilməsi və icra edilməsi deməkdir. Bu, uşaqların qayğısına qalmağın yeni modellərindən tutmuş, online sosial şəbəkələrə qədər, səhiyyə xidmətlərinin çatdırılmasından insanların davamlı nəqliyyat növlərindən istifadəsinə həvəsləndirilməsinə qədər geniş sahələri əhatə edir. Sosial innovasiya yaşlılara xidmətin daha yaxşı modelləri, səyahət alışqanlıqlarının dəyişdirilməsi, ətrafa karbon qazlarının daha az buraxılması, yaxud gənclərin yetişkinliyə keçidi zamanı yeni dəstək metodlarının tapılmasında yardımçı ola bilər. Avropanın çox geniş sosial innovasiya adətləri, vətəndaş cəmiyyəti təşkilatları və sosial təşəbbüskar sahibkarları var.

    José Manuel Barroso
    Avropa Komissiyasının prezidenti
  • Lorem ipsum nec magna fermentum in pharetra orci mollis sit amet odio eu amet mauris ornare dapibus. Morbi pellen tesque vehicula nisi.

    Alex Violet
    happy customer